Ölkə daxili böhranla üzləşib Tramp

20.01.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp inauqurasiya nitqində ölkənin tənəzzülünə səbəb olan səhiyyə və təhsildə əsas problemlərə eyham vurub.

Redaktor.az xəbər verir ki, o, ölkəsinin daxili böhranla üzləşdiyini də etiraf edib.

"Səhiyyə sistemimizə dünyanın digər ölkələrindən daha çox pul xərclənməsinə baxmayaraq, bu sahədəki işlər uğursuzluqla nəticələnir. Uşaqlarımıza özündən utanmağı, bəzi hallarda isə nifrət etməyi öyrədən təhsil sistemimiz var. Bütün bunlar bu gündən etibarən dəyişəcək", - Tramp bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ daxili böhran və xaricdə fəlakətli hadisələrlə üz-üzədir.

Xatırladaq ki, 2024-cü ilin noybrında ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlib. O, bu gün and içib və vəzifəsinin icrasına başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью