Ölkə əhalisi ərzağa 25 milyard manatdan çox pul xərcləyib

13.10.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsullarına 25 milyard 347.8 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 549,2 manatlıq, o cümlədən 297,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 252,0 manatlıq qeyri-ərzaq malları alıb.   

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью