Ölkə əhalisinin böyük əksəriyyəti kreditə yüklənib KONKRET

16.10.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən Baş nazirin müavini, Milli İqtisadiyyat naziri Serik Jumanqarin Kurultayda keçirilən brifinqdə bildirdi ki, Qazaxıstan vətəndaşlarından A və B kateqoriyasına aid olanların sayı 522 mindir. Onlardan 70 min nəfəri A kateqoriyasındandır.

Hökumətin qəbul etdiyi təsnifata görə, A kateqoriyası yüksək rifah səviyyəsidir, yəni varlılar. B kateqoriyası isə kifayət qədər imkanlı təbəqədir: daimi işi, öz mənzili və yetərli gəliri var, lakin əhəmiyyətli artıq vəsaiti və ya yığımı yoxdur. Başqa sözlə, bu, orta sinifdir.

Hər şey aydın görünür və sual yaranmamalıdır. Qeyd edək ki, varlılar və orta sinif birlikdə yarım milyondan bir qədər çox insandır.

Qazaxıstanın əhalisi 20,6 milyon nəfərdir. Deməli, qalan təxminən 10 milyon vətəndaş C, D və E kateqoriyalarına aiddir.

D kateqoriyası iqtisadi cəhətdən həssas səviyyədir. Bu ailələr yoxsulluq həddindədir: gəlirləri aşağıdır, işləməyən əmək qabiliyyətli üzvləri, ödənilməmiş gecikmiş kreditləri və ya pis mənzil şəraiti var.

E kateqoriyası iqtisadi və sosial cəhətdən həssas səviyyədir. Bunlar son dərəcə ağır həyat vəziyyətində olan ailələrdir: gəlir tamamilə yoxdur, öz mənzilləri yoxdur, ağır xəstəlik, əlillik və borclar mövcuddur.

Bu iki kateqoriya üzrə də məsələ aydındır. Lakin həmin ifrat təbəqələrdə neçə vətəndaşın olduğu barədə məlumat yoxdur.

C kateqoriyası qənaətbəxş səviyyədir. Bunlar kiçik gəlirli, kreditləri olan, kirayə və ya öz, lakin yeganə mənzildə yaşayan ailələrdir. Bu qrup üzrə də statistika açıqlanmayıb.

Bir şey aydındır: əhalinin demək olar ki, hamısının (axı söhbət 20 milyondan çox insandan gedir) həyat səviyyəsi ən yaxşı halda qənaətbəxşdir, yəni insanlar maaşdan maaşa yaşayırlar. Bundan əlavə, ölkə əhalisinin böyük əksəriyyəti kreditlə yüklənib.

Qazaxıstan vətəndaşlarının real vəziyyəti məhz budur…

Müəllif: Kazbek Beysibayev
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью