“Ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi tibb xidmətlərinin rolu” dəyirmi masa AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi

19.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbərin mətni

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin yaradılmasının 20 illiyinə həsr edilmiş "Ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi tibb xidmətlərinin rolu, qarşılıqlı əməkdaşlıq və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi davamlı inkişaf strategiyasının təməlində duran əsas prinsiplərdən danışıb. Bildirib ki, bunlardan biri də ölkə əhalisinin sağlamlığının qorunması, səhiyyə xidmətləri ilə tam təmin edilməsidir. O da qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində səhiyyə infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, xidmətlərin əlçatanlığının təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью