Ölkə ərazisində 91 cinayətin açılması təmin olunub

07.05.2025

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın 6-da ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью