Ölkə ərazisində hava yağmursuz keçir Faktiki hava

02.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən, yağmursuz keçib, lakin gecə 2-də Şahdağda zəif qar yağıb.

Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью