Ölkə ərazisində KÜLƏK GÜCLƏNƏCƏK Xəbərdarlıq

03.01.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью