Ölkə ərazisində külək güclənib FAKTİKİ HAVA

19.03.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin martın 19-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Gəncədə 20 m/s, Goranboy və Şahdağda 19 m/s, Naftalanda 18 m/s, Tovuzda 16 m/s, Beyləqanda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Zaqatala, İmişli, Xaltan, Göygöl, Gədəbəy, Xaçmaz, Ceyrançöl, Mingəçevir, Yevlax, Daşkəsən, Naftalan, Sabirabad, Tərtər, Xınalıq, Goranboy, Qəbələ, Oğuz və Şəkidə fasilələrlə yağış yağır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью