Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman avtomobil qəzasında vəfat edib.
Onun faciəvi şəkildə dünyasını dəyişməsi yaxınlarını və onu tanıyanları kədərləndirib.
Baku TV-nin xəbər aparıcısı Ramilə Rinadqızı sosial şəbəkə hesabında Ada Süleymanın vəfatı ilə bağlı paylaşım edərək kədərini ifadə edib:
"Sən axı yaddaşlarda uğurlarınla qalmağı arzu edirdin, bu nə idi? Ölkə indi səndən danışır, Ada, sənin qəzan haqqında! Gözəl ürəklim, ürəyimizi niyə parçaladın?”
Fəridə Əsədzadə