GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın ABŞ tərəfindən mümkün işğalına qarşı əhalinin və hakimiyyət orqanlarının hazır olmasının vacibliyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nilsen qeyd edib ki, hərbi münaqişə ehtimalı hazırda yüksək olmasa da, onu tamamilə istisna etmək mümkün deyil.
Onun sözlərinə görə, hökumət mümkün risklər fonunda əhalinin gündəlik həyatında baş verə biləcək dəyişikliklərə və pozuntulara hazırlıq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Baş nazir əlavə edib ki, yaxın vaxtlarda əhali üçün təhlükəsizlik və davranışla bağlı tövsiyələr hazırlanacaq.
Tövsiyələrdən biri hər bir ailənin evdə ən azı beş günlük ərzaq ehtiyatı saxlamasıdır.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ətrafında yaranmış vəziyyət və Avropa İttifaqına (Aİ) qarşı tarif siyasətinə görə tənqid edib.