Ölkə kubokunda 16 komanda mübarizə aparacaq

28.01.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Futzal üzrə Azərbaycan Kubokunda 16 komanda iştirak edəcək.  Bu barədə Sport24.az-a Futzal Federasiyasından məlumat verilib. 

1/8 final mərhələsindən strat götürəcək yarışda PFL, "Araz-Naxçıvan", "Neftçi" İK, "Baku Fire", "Şuşa", U-19, "Lənkəran", "Baku Fire-2", "STAR kargo", "Yeni Suraxanı", "Timsport", "Xan-Lənkəran", "Dəstə Ordubad", "Trabzon Azərbaycan", "Ulduz" və "Atletiko Baku" iştirak edəcəklər.

Hər mərhələ bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 3-də, AFFA-nın inzibati binasında keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью