Ölkə kubokunda 34cü dəfə... | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Ölkə kubokunun 33 mövsümündə 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib."Football-plus.az" xəbər verir ki, bu, kubokun 2024/25 mövsümünün 1/8 final mərhələsidə baş tutan "Turan Tovuz" - "Sabah" matçında gerçəkləşib.Paytaxt təmsilçisi Tovuz klubu ilə səfərdəki dueldən qalib ayrılıb – 2:2 (3:1-p.).
Bu, həm də cari mövsümündə penaltilər seriyasına qədər uzanan ilk matçdı.Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da bəlli olub.
Sonuncu belə oyunlar ötən mövsümün 1-ci təsnifat mərhələsində baş tutub.
“Şahdağ Qusar” “Qusar”a (0:0, 5:4-p.), “Şəfa” “Şəmkir”ə (1:1, 5:3-p.) qalib gəlib.Qeyd edək ki, həm “Sabah”, həm də “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu