Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Bilindiyi kimi, minifutbol üzrə dünya çempionatı bu il Bakıda keçiriləcək. Mayın 21-də start götürəcək turnirin final matçı iyunun 1-də baş tutacaq. İş ondadı ki, futbol üzrə ölkə kubokunun final matçı da məhz həmin tarixə təsadüf edir.
Belədə oyunun tarixinin dəyişdirilməsi mümkündümü? “Football-plus.az”ın sualını PFL-in Media və Marketinq üzrə direktoru Sənan Abdullayev cavabladı:
“Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı Azərbaycan kubokunun final matçının tarixində hər hansı bir dəyişiklik olacağı təqdirdə rəsmi saytımızda məlumat yerləşdirəcəyik”.
KƏNAN BAHADIR