GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kanada Rusiyanın Arktika bölgəsindəki fəaliyyətlərinə və mümkün hücum ehtimalına qarşı müdafiə tədbirlərinin gücləndirilməsini zəruri hesab edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında jurnalistlərə açıqlama verib.
Karni bildirib ki, Rusiya Arktikada real təhlükə mənbəyi kimi qiymətləndirilir və Kanada bu bölgədə öz təhlükəsizlik maraqlarını qorumağa hazır olmalıdır.
Bununla yanaşı, baş nazir qeyd edib ki, hazırkı mərhələdə söhbət birbaşa və bilavasitə təhlükədən deyil, daha çox potensial riskdən gedir.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qrenlandiya ətrafında yaranmış vəziyyəti şərh edərək ABŞ-ın Rusiya və Çinin bu ərazini ələ keçirmək niyyətinin olmadığını yaxşı bildiyini qeyd etmişdi.
Tahir Turan Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.