Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
"Qazaxıstanın yeni konstitusiyasının layihəsi ölkənin sərhədlərində dəyişiklikləri nəzərdə tutmur".
Bakupost.az xəbər verir ki, bunu Qazaxıstanın dövlət müşaviri Erlan Karin bildirib.
"Ölkəmizin ərazi bütövlüyü heç vaxt pozulmayacaq və dəyişməyəcək. Bəzi vətəndaşlar ölkənin inzibati-ərazi bütövlüyünün dəyişə biləcəyi barədə fikirlər bildirirlər ki, bu da əslində yalan məlumat və xalis manipulyasiyadır", - deyə o bildirib.
Müşavirin sözlərinə görə, konstitusiyanın preambulasında dövlətin ərazi bütövlüyünün və onun sərhədlərinin toxunulmazlığı təsbit olunub.
O, həmçinin vurğulayıb ki, konstitusiyanın ikinci maddəsinin altıncı abzasında Qazaxıstanın ərazi bütövlüyünün dəyişdirilə bilməyəcəyi vurğulanır. E.Karinin sözlərinə görə, bu, o deməkdir ki, bu məsələni hətta referendumda da müzakirə etmək mümkün deyil.