futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın minifutbol təmsilçisi “Aznur” Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında mübarizəni qrup mərhələsində başa vurub.
Futbolpress.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv F qrupundakı son matçında Macarıstanın “The Private Rooftop” komandası ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 4:0 hesabı ilə darmadağın etsə də, bu qələbə növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət etməyib. Görüşdə qollara 7-ci dəqiqədə Elməddin Hüseynzadə, 11-ci dəqiqədə Mirkamil Əliyev, 14-cü dəqiqədə Mehdi Rəsulov və 33-cü dəqiqədə Pərviz Qaraxanov imza atıblar.
“Aznur” qrupdakı ilk iki qarşılaşmasında Polşanın “Sokil” klubuna 0:2, İngiltərənin “Bukovina Badeuti” kollektivinə isə 2:3 hesabı ilə mağlub olmuşdu.