Ölkə üzrə 25 musiqi və incəsənət məktəbinin tikintisi davam etdirilir

18.03.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə Mədəniyyət Nazirliyi sistemində ümumilikdə 237 musiqi və incəsənət məktəbi var. Monitorinqlər zamanı qəzalı vəziyyətdə olan məktəblər aşkar edilib. Həmin təhsil ocaqlarında dərs prosesinin davam etdirilməsi qeyri-mümkün idi.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin martın 18-də “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.

Nazirin sözlərinə görə, bəzi bölgələrdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları cəlb olunaraq təhsil prosesi müvəqqəti dayandırılıb və dərslərin alternativ məkanlarda təşkili ilə bağlı qərarlar qəbul edilib. Hazırda 25 məktəbin tikintisi davam etdirilir. Bu il həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Müxbir - Tərgül Babayeva

Fotoqraf - Aydın Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью