Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1173 manat təşkil edib.
Marja.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yanvar–iyul aylarında da orta aylıq nominal əməkhaqqının illik artımı 7,2% olmuşdu.
Beləliklə, əməkhaqqının artım tempi əvvəlki hesabat dövrü ilə müqayisədə dəyişməyib.
Qeyd edək ki, bu göstərici ölkə üzrə orta aylıq nominal əməkhaqqını əks etdirir və işçilərin hamısının eyni məbləğdə əməkhaqqı aldığı anlamına gəlmir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 72 milyard 711,7 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% artıb. 2026-cı ilin yanvar–avqust aylarında əhalinin nominal gəlirlərində illik artım 9,4% olmuşdu.
Beləliklə, 9 aylıq dövr üzrə nominal gəlirlərin artım tempi 0,2 faiz bəndi yüksəlib. Qeyd edək ki, nominal gəlirlərdə artım qiymət dəyişikliklərinin təsiri nəzərə alınmadan hesablanır.