Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi artıb

21.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu ilin yanvar ayında Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının sayı 102,7 milyon ədədə, həcmi isə 5,8 milyard manata bərabər olub.

Bakıvaxtı.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə say baxımından 36,4 milyon ədəd və ya 54,9%, həcm baxımından isə 1,7 milyard manat və ya 42,8% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının sayı 66,3 milyon ədədə, həcmi isə 4,1 milyard manata bərabər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью