Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb

07.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 faiz artaraq 895 min 263, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,3 faiz artaraq 62 min 104 təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5 faiz artıb və 245 min 650 olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью