Ölkədə bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq

28.01.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək, "Media haqqında" qanuna dəyişiklik təklif edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına icazə verilmiyəcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən həmin şəxslərin qanuni nümayəndələrinin yazılı razılığı tələb olunmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью