Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avqustun 3-də ölkə üzrə polis əməkdaşları tərəfindən 26 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 faktın açılması təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Onlardan 85-i borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 11, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)