Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

22.07.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu ilin birinci yarısında qızılca və suçiçəyi xəstəliklərinə yoluxanların sayı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 34 715 suçiçəyi, 130 qızılca xəstəliyinə yoluxma qeydə alınıb.
 

Məlumat üçün qeyd edək ki, 2025-ci ildə ölkədə ümumən 27 777 nəfər suçiçəyinə, 10 nəfər isə qızılca xəstəliyinə yoluxub.


Cari ilin ilk 6 ayının göstəriciləri ötən ilin ümumi rəqəmlərini artıq geridə qoyub. Bu isə hər iki xəstəlik üzrə, xüsusən də qızılca hallarında kəskin artım dinamikasından xəbər verir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью