Ölkədə bu su anbarının bərpası üçün 6 milyon ayrılır

17.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpa işləri aparılacaq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti müvafiq işlərə start verib.

Belə ki, su anbarının II növbəsinin tikintisi texniki-iqtisadi əsaslandırılması və layihə smeta sənədlərinin hazırlanması əsasında Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasının 6,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью