Ölkədə bu xəstəlik sürətlə yayılır RƏQƏMLƏR AÇIQLANDI

18.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bədxassəli şişlərlə xəstələnmə göstəricisi son illərdə artıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Məlumata görə, əhalinin hər 100 min nəfərinə düşən qeydiyyatda olan bədxassəli şiş xəstələrinin sayı 2010-cu ildə 312,0 olduğu halda, 2025-ci ildə 721,1-ə çatıb. pizza hut

İlk dəfə diaqnozu müəyyən olunan xəstələrin sayı isə 2010-cu ildə hər 100 min nəfərə 85,4 təşkil edib. Bu göstərici 2025-ci ildə 147,8-ə yüksəlib.

Son illər üzrə göstəricilər belədir:

2015: qeydiyyatda olanlar – 424,1; ilk dəfə diaqnoz qoyulanlar – 106,9

2020: 542,6; 115,9

2021: 585,8; 135,8

2022: 616,0; 137,9

2023: 682,0; 134,6

2024: 722,5; 148,6

2025: 721,1; 147,8

Beləliklə, 2010–2025-ci illərdə qeydiyyatda olan bədxassəli şiş xəstələrinin göstəricisi hər 100 min nəfərə 409,1 vahid, ilk dəfə diaqnoz qoyulanların göstəricisi isə 62,4 vahid artıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью