Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ölkədə çox az məmur, deputat, media nümayəndəsi, siyasi partiya sədri, siyasətçi, QHT rəhbəri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bu və ya digər şəkildə əlaqədə olmayıb, onun rəğbətini qazanmağa çalışmayıb.
Boz Kardinal adı da ona elə-belə verilməyib". Mia.az xəbər verir ki, bu sözləri AMİP-ın fəxri sədri Etibar Məmmədovun köməkçisi, partiyanın
Əli Orucovun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər dövlətin de-fakto ikinci şəxsi olub: "Hər bir qərarın qəbul edilməsində onun mövqeyi
R.Mehdiyevin ötkəm vaxtlarında ona qarşı çıxan, sözünü deyənlər bu gün yenə abrlarına qısılıb, təvazökarlıq edir, özlərini gözə soxmurlar.
Ancaq PA-nın sabiq sədrinin zamanında pencəyini tutmağı özünə şərəf bilən, onun əmr və göstərişlərinə müntəzir dayananlar özlərinə yaman əl qatıb, dəridən-qabıqdan çıxırlar.
Daha çox bağır-çığır salmaqla düşünürlər ki, prezidentə sadiqliklərini nümayiş etdirə biləcəklər.
Prezidentin də bu simasız, mövqesiz , yaltaq və qorxaqlara, onların cənfəşanlığına ehtiyacı olduğunu düşünürlər.