Ölkədə donor çatışmazlığı problemi var

20.11.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn il artıq az sayda olsa da, digər ölkələrin donor banklarından istifadə etməklə Yeni Klinikada əməliyyatlar həyata keçiriləcək. 

Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Qeyd edib ki, ölkədə donor çatışmazlığı problemi var və bunun aradan qaldırılması üçün müvafiq danışıqlar aparılır.

"Gələn ilin ortalarına doğru digər ölkələrdən olan donorların sümük iliyinin ölkəmizdəki xəstələrə köçürüldüyünün şahidi olacağıq".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью