Ölkədə ən çox maaşı kimlər alır?

18.11.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanda orta maaş neft-qaz sektorunda 3743,1 manat, qeyri neft-qaz sektorunda 942,2 manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 993,0 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 952,3 manat, özəl müəssisələrdə isə 1035,2 manat olub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью