Modern.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci il ərzində “916” Çağrı Mərkəzinə daxil olan zənglərin əhali qrupları üzrə bölgüsü açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Statistik göstəricilərə əsasən, ən çox müraciət sayı aztəminatlı ailələr olmaqla 1144 təşkil edib.
Bundan əlavə, sosial həssas kateqoriyalar arasında əlilliyi olan şəxslərdən 645, hərbi qulluqçulardan 427, pensiyaçılardan 245, şəhid ailələrindən 175 müraciət qeydə alınıb.
Qeyd edək ki, ən az müraciət sayı isə milli azlıqlar üzrə 19, valideyn himayəsindən məhrum olmuş şəxslər üzrə 21, tələbələr üzrə 24, miqrantlar üzrə 49 və sahibkarlar üzrə 63 təşkil edib.