Ölkədə ət istehsalı kəskin şəkildə aşağı düşüb

29.03.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-fevral aylarında heyvandarlıq məhsulları idxalı kəskin şəkildə artıb.

AzPost bildirir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli paylaşımında bildirib.

Onun sözlərinə görə, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 84,4% artıb.

Həmçinin  süd idxalı  65%, (dəyər ifadəsində 49,1%), kərə yağı  79,8%, (dəyər ifadəsində isə 2,3 dəfə) artıb.

“Bu o deməkdir ki, Azərbaycanda heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə aşağı düşüb”-deyə o vurğulayıb.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью