Ölkədə ət qıtlığı: Böhran şadlıq saraylarını da “vurdu”

14.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə yaranan ət qıtlığı şadlıq saraylarının da fəaliyyətinə təsir göstərib.

Hazırda bir çox restoran və şadlıq sarayları bazarda yerli və keyfiyyətli ət tapmaqda ciddi çətinlik çəkir. Bu səbəbdən bəzi restoran sahibləri məcbur qalıb xaricdən gətirilən dondurulmuş, Monqolustan ətindən istifadə edirlər.

"Cebheinfo.az" xəbər verir ki, toy sahibləri arasında bu cür məhsullara etiraz edənlər də az deyil.Ailələr qonaqlara keyfiyyəti şübhə doğuran ət təqdim etmək istəmir, bəziləri buna görə menyunu dəyişir, bəziləri isə tədbiri təxirə salır.

Bununla yanaşı, nüfuzlu şadlıq saraylarının əksəriyyəti də dondurulmuş ət istifadə etməkdən imtina edir və yalnız sertifikatlı, yerli, yoxlanılmış ət almağa çalışır. Bunun nəticəsində restoran sektorunda durğunluq yaranıb, bəzi müəssisələr isə menyunu məhdudlaşdırmağa məcbur olub. Restoran sahibləri ümid edir ki, ət qıtlığı tezliklə aradan qalxacaq və restoronlar əvvəlki qaydada fəaliyyət davam etdirəcək.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью