Ölkədə evlənmək istəyənlər azalıb

20.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb:

“Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,1), Qarabağ (4,7), Dağlıq Şirvan (4,5), Quba-Xaçmaz (4,3), Bakı və QazaxTovuz (4,2), Naxçıvan və Mərkəzi Aran (4,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,0) yüksək olub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью