Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu tarix 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə Gənclər Günü elan olunub.
AzPost bildirir ki, son rəsmi statistic mlumata görə, Azərbaycanda təxminən 2,3 milyon gənc var. Bu ölkə əhalisinin təxminən 22.7 %-ni təşkil edir. Gənclər rəsmi olaraq 14-29 yaş aralığında hesab olunur.
Bəs gənclərin işlə təmin olunması sahəsində vəziyyət necədir?
Azərbaycanda gənclərin məşğulluğu və işlə təmin olunması sahəsi müəyyən uğurlar olsa da hələ də problemlərlə üzləşir. Həm statistik göstəricilər, həm də real bazar təcrübələri bunu göstərir.
Rəsmi statistik göstəricilərə görə, gənclər arasında işsizlik səviyyəsi ürəkaçıcı deyil. Azərbaycanda 15–24 yaş qrupunda işsizlik nisbəti 2024-cü ildə təxminən 13.7% civarındadır, bu 2023-lə müqayisədə kiçik azalma deməkdir. Bu göstərici dünya ortalamasından bir qədər aşağıdır.
Ümumilikdə isə ölkədə rəsmi işsizlik səviyyəsi nisbətən aşağı təxminən 5.6% civarındadır.
Azərbaycanda məşğulluq sahəsində gənclər üçün iş yarmarkaları (təxminən 150-ə qədər) və peşə təlim kursları təşkil edilir. Gənclər üçün özünüməşğulluq proqramları və startap dəstəyi də mövcuddur. Bu proqramlarda minlərlə gənc iştirak edib, bəzi hallarda öz bizneslərini qurmaq imkanı əldə ediblər.
Əmək bazarına daxil olarkən gənclərin peşə və bacarıqlarının bazarın tələblərinə uyğunlaşdırılması üçün təlim proqramlarının sayının artırılması və peşə təhsilinin gücləndirilməsi üzərində də iş gedir. Lakin təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunsuzluq hələ də işəgötürənlərin və ekspertlərin bildirdiyi əsas çağırışlardan biridir.
Çətinliklər və çağırışlar da kifayət qədərdir.
Əsas məsələ əmək haqqı ilə bağlıdır. Başlanğıc iş yerlərində maaş qaneedici sayılmır. Yeni işə daxil olan gənclər arasında çox vaxt minimum və ya aşağı əməkhaqqı ilə işləmək təcrübəsi genişdir ki, bu da onların gələcək karyera inkişafına maneə yaradır.
Həmçinin təhsil ilə uyğunluq problemləri də diqqəti çəkir. Təhsil sistemi ilə əmək bazarının tələbləri arasında hələ də uyğunsuzluq olduğu üçün gənclər bəzən öz ixtisasları üzrə iş tapa bilmir və ya bazarda rəqabətə uyğun hazırlıqlı olmurlar.
Yeni məzunların bazara daxil olması çətindir. Hər il təxminən 33–35 min tələbə universitet təhsilini bitirir, lakin onların hamısının işlə təmin olunması asan olmur. Bu, məşğulluq bazarında gənclər üçün rəqabəti artırır.
Azərbaycanda gənclərin işlə təmin olunması üçün dövlət səviyyəsində müsbət addımlar atılır — təlimlər, yarmarkalar, proqramlar və dəstək mexanizmləri mövcuddur. Buna baxmayaraq yenə də gənclər arasında işsizlik nisbəti digər yaş qruplarına nisbətən daha yüksəkdir və əmək bazarına keçid hələ də bir sıra struktural çətinliklərə malikdir.
Sunay AYDIN
Paylaş