Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 8-9-da Bakıda, Abşeronda və ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.
Sherg.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında, eləcə də Mingəçevir, Naftalan, Neftçala, Hacıqabul, Qobustan, Qusar, Xızı, Goranboy, Daşkəsən və Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti saniyədə 20,8-28,4 metrə çatacaq.
Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Salyan, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə küləyin sürəti saniyədə 13,9-20,7 metr olacaq.