Ölkədə iqtisadi vəziyyət ağırlaşanda İrana rəhbərlik edənlər ABŞ ni günahkar kimi ortaya atırlar Video

28.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Məsud Pezeşkianın “İranın ali dini rəhbərinə sui-qəsd olarsa, bu sui-qəsd bütün iranlılara müharibə etməkdir. İranda iqtisadi böhrana səbəb Amerika və onun müttəfiqlərinin sanksiya tətbiq etməsi ilə bağlıdır” fikrini İran İslam Cümhuriyyəti rəhbərlərinin hamısı deyib. Amma Pezeşkianın indiki vəziyyətdə bu sözləri dilənə gətirməsi gözlənilmirdi. Həmişə düşünmüşəm ki, Məsud Pezeşkianı hakimiyyətə gətirib, onun əli ilə millətin qanını tökərlər. Bu da azərbaycanlıların zərərinə olar. Müxtəlif şəhərlərdə SEPAH minlərlə adam öldürüb. Özləri də qəbul edib ki, azı 5 min adam öldürülüb. Müxtəlif insan haqları təşkilatlarının hesablamalarına görə, 16 min ölü var. Bu qətliamın ilk məsulu Əli Xameneidir. Çünki əmri Xamenei verib və öz açıqlamasında da “biz geri çəkilməyəcəyik” deyə bildirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rzəmi danışıb. Siyasi şərhçi qeyd edib ki, haqqlarını tələb etdiyi 16 min nəfərin öldürülməsi baş verirsə, burada həm ali rəhbər, həm də prezidentin əli qana batır.

Maşallah Rəzmi

Maşallah Rəzminin fikrincə, “Millətin belə böhran yaşamasına səbəbin sanksiyalar olması” fikri də yeni fikri deyil: “Bu problemlər o zaman başladı ki, İran İslam Cümhuriyyəti ABŞ-nin Tehrandakı səfirliyinə hücum edərək, işğal etdi və orada amerikalı 52 diplomatı 444 gün əsarəti saxladı. Sanksiyalar o zaman başlamışdı. İndi həmin dövrdən 46 il keçib, amma sanksiyalar gün keçdikcə gücləndirilmişdi. Daha sonra özlərinə proksi qüvvələr yaradıblar. Bu qüvvələr Amerika əsgərlərinə müxtəlif yerlərdə, ölkələrdə hücumlar həyata keçiriblər”-deyən Maşallah Rəzmi vurğulayıb ki, İran İslam Cümhuriyyəti qurulandan hər zaman “Ölüm olsun Amerikaya”, “Ölüm olsun İsrailə” şüarları ilə çıxış edib, hətta cümə namazlarında 47 ildir bu şüarlar səsləndirilir.

Güneyli siyasi şərhçi Maşallah Rəzminin ABŞ-ın İrana münasibəti ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью