Ölkədə kassa aparatları ilə dövriyyə 11% artıb

09.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə təxminən 17,976 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

"Cebheinfo.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il noyabrın 1-nə qədər ölkədə 102 205 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью