Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Bu gün kənd təsərrüfatı regionlarda məşğulluğun təmin edilməsində çox mühüm rol oynayır. Bu səbəbdən də sahəyə investisiyaların artması kənd əhalisinin gəlirlərini yüksəldir ki, bu da birbaşa onların sosial durumunu yaxşılaşmasına gətirib çıxarır”.
İqtisadçı ekspert Asif İbrahimov 525.az-a söyləyib. O qeyd edib ki, kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının dayanıqlı şəkildə böyüməsində mühüm əhəmiyyət kəsb edir. Ən başlıcası isə kənd təsərrüfatının inkişafı daxili ərzaq təminatını möhkəmləndirir:
“Sözügedən sahə inkişaf etdikcə ölkənin idxaldan asılılığı azalır. Bu səbəbdən də ölkədə kənd təsərrüfatının inkişafı vacibdir. Kənd təsərrüfatının inkişafı iqtisadi suverenliyi möhkəmləndirir”.
Sevinc Qarayeva