525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ölkədə kərə yağı istehsalını artırmaq üçün kifayət qədər potensial var. Bu istiqamətdə müvafiq addımlar atılsa nəticə əldə olunar. Burada əsas problem fermer təsərrüfatları ilə emal müəssisələri arasında əməkdaşlıq əlaqələrinin düzgün qurulmamasıdır. Əlaqələr yaxşı qurulsa bu işin gedişatına öz müsbət təsirini göstərər”.
Bunu 525.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib. O vurğulayıb ki, sözügedən sahədə problemlərin olması ölkənin idxaldan asılılığını artırır:
“Bu gün ölkədə kərə yağına olan tələbatı ödəmək üçün xaricdən kərərə yağı idxal olunur. Düzgün koordinasiya və dəstək mexanizmləri formalaşarsa, daxili istehsalın artırılması mümkündür. İdxaldan asılılığımız azalr. Bu da orta müddətdə qiymətlərin stabilləşməsinə şərait yarada bilər”.
Sevinc Qarayeva