Icma.az bildirir, Yenisabah portalına istinadən.
Ölkə ərazisində bəzi bölgələrdə leysan xarakterli yağış yağır, ayrı-ayrı yerlərdə şimşək çaxır.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 10:00-a olan məlumatına əsasən, hava şəraiti əsasən yağmursuz keçsə də, axşam saatlarından başlayaraq bəzi ərazilərdə yağıntılı hava müşahidə olunur. Gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.
Ən çox yağıntı Balakəndə qeydə alınıb – 46 mm. Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6 mm yağış düşüb. Pepperoni pizza
Gədəbəy, Ordubad və Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar və Daşkəsəndə 3, Şərur, Sədərək, Quba və Şahdağda 2 mm yağıntı qeydə alınıb.
Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı və Lənkəranda isə 1 mm yağış düşüb.