Ölkədə POS terminalların orta hesabla 50 faizi aktiv istifadə olunur

26.05.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Pərakəndə ticarət müəssisələrində quraşdırılmış POS-terminalların orta hesabla 50 faizi aktiv istifadə olunur".

Moderator.az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-30-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Qeyd olunur ki, aktiv istifadə dedikdə bir ay ərzində POS-terminal vasitəsilə dörddən çox sayda tranzaksiyanın həyata keçirilməsi nəzərdə tutulur.

Ölkədə hər 1 000 nəfərə düşən POS-terminal sayı 17 olduğu halda, bu göstərici Qazaxıstanda 68, Türkiyədə 54, Gürcüstanda 32-dir. Müasir maliyyə texnologiyalarının tətbiqi, o cümlədən AZQR-kod (Azərbaycan Respublikasının ərazisində malların, işlərin və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR-kod) vasitəsilə ödənişlərin aparılması bu istiqamətdə irəliləyiş üçün yeni perspektivlər yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью