Ölkədə pul bazası artıb: Bunun nə kimi faydaları var? | Icma.az
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4 % azalıb, son 1 ildə isə 12,2 % artıb.
Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, pul bazasının iqtisadi inkişafda böyük rolu var: “Bu göstəricinin iqtisadiyyatımızda mühüm təsiredici əhəmiyyətlərə malikdir.
Belə ki, onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq lənginməsin.
Hər bir amil Mərkəzi Bank tərəfindən diqqə alınmalıdır ki, pul bazasının artması ləngiməsin.
Bu məsələnin, həlli çox çətin sayılan məsələlərdən biri hesab edilsə də, amma mühüm olan tənzimləyici və təsiredici amillərə diqqət olunmalıdır.
Qeyd edim ki, pul bazası isə əsas əlavə kredit resurslarının verilməsi, yaxud da əlavə pul emissiyasının həyata keçirilməsiylə və maliyyə bazarında müvafiq əməliyyatlar keçirməklə dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması, ya da artırırılması yolu ilə idarə olunur”.
Tam oxu
Xəbəri oxu