Ölkədə rəsmi milyonçu yoxdur, 1 milyona Roll Roys u kim alıb?

14.04.2025

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda 2024-cü ildə  8 yeni “Rolls-Royce” satılıb. Satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub. Bu maşınların qiyməti 1 mln. 200 min manatdır. Ölkədə 1 nəfər də olsun rəsmi milyonçu yoxdursa  bu qiymətə avtomobili kim alır?”

AzPost bildirir ki, bu barədə REAL Partiyasnın sədri Natiq Cəfərli öz paylaşımında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2024-cü ilə 1 mln. 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır.

Ölkədə ən çox, 220 242 ədəd “Mersedes” markalı maşın var. Amma, “sovet-rusiya” istehsallı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, Moskviç və s.) 296261 ədəddir.

Son 1 ildə, yəni 2023-cü il ilə müqaisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – Changan 1 ilə 4086 ədəd (84%), BYD 1 ilə 3072 ədəd (303%) artıb.

Onun sözlərinə görə, 2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə saylı 74-ə çatıb. 8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır.

““Rolls-Royce”-dən başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd Jaguar, 15 ədəd Bentley və s. Məmləkətdə 1 nəfər də olsun RƏSMİ milyonçu yoxdursa, büdcəyə ən çox vergi verən insanları tanımırıqsa, bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini, və ya 500 minə qədər qiyməti olan “Bentley”-i kim alır?! Bəlkə ölkə öz qəhramanlarını tanısa yaxşı olar.Bu avtomobilləri fərdlərmi alıb, yoxsa dövlət-hökumət idarələri büdcə pulunumu bu maşınlara xərcləyib?!”

“Rəsmi qurumlar deyir ki, Bakıda tıxacın çox olmasına səbəb avtomobilərin sayının çox olmasıdır. Halbuki, Azərbaycanda, Gürcüstana nisbətən hər 1000 nəfərə 2 dəfə daha az maşın düşür. Deməli tıxacların səbəbi yol infrastrukturunun çatışmamazlığı, doğru idarəetmənin olmaması və ictimai nəqliyyatın bərbad vəziyyətidir”-deyə N.Cəfərli vurğulayıb.

,

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью