Ölkədə sosial müavinətlər də artırılır

24.12.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dünən Prezidentin Sərəncamı ilə ölkədə minim əmək haqqı və pensiya artırılıb. Minimum əmək haqqı 400 manat, fevralın 1-dən əmək pensiyasının minimum məbləği 320 manat təşkil edəcək.
Prezidentin Sərəncamında digər diqqət çəkən məqam isə sosial müavinətlərlə bağlıdır. Sənəddə qeyd olunur ki, hökumət ölkədə sosial müavinətlərin də artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir.
Bu isə o deməkdir ki, təxminən Novruz bayramı ərəfəsində Azərbaycanda sosial müavinətlərin (Sosial müavinətlər - ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitləri - RED.) də məbləğində ciddi artım gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью