Ölkədə su itkilərini azaltmaq ADSEA hansı addımları atır?

28.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

Ölkədə su itkisi (sızmalar, köhnə xətlər) hansı səviyyədədir və bu itkiləri azaltmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) hansı addımları atır?

ADSEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, su itkilərinin qarşısını almaq üçün infrastrukturun yenilənməsi, qeyri-qanuni qoşulmaların aradan qaldırılması, mərkəzləşdirilmiş təchizatın qurulması əsas prioritetdir.

“Bakı və ətraf qəsəbələrdə köhnəlmiş və qanunsuz çəkilmiş xətlər ləğv edilir, yeni mərkəzləşdirilmiş şəbəkələr qurulur. İçməli suyun sayğaclaşması 93 faizə çatdırılıb, 40 mindən çox köhnə sayğac yenisi ilə əvəz edilib. Suvarma sistemlərində 190-dan çox müasir ölçü cihazı quraşdırılıb, bunlar SCADA sisteminə qoşulub və onlayn izlənir”, - deyə ADSEA-dan bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью