Ölkədə yükdaşıma və sərnişindaşıma həcmi açıqlanıb

22.11.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur. Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,5%-i avtomobil nəqliyyatı, 27,4%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,9% təşkil edib.
Yanvar-oktyabrda ölkədə nəqliyyatçılar 1785 milyon sərnişinə xidmət göstərib. Bu isə illik müqayisədə 5,3% çoxdur. Sərnişinlərin 89%-i avtomobil nəqliyyatı, 10,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью