Ölkələr COP29da metanın azaldılması üçün yeni öhdəliklər götürəcəklər

11.11.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Ölkələr COP29-da metanın azaldılması üçün yeni öhdəliklər götürəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən COP29 çərçivəsində keçirilən brifinqdə deyib.

"Sabah görüşəndə ​​siz ölkələrin neft və qaz sektorundan emissiyaları, xüsusilə metanı azaltmaq üçün bir sıra yeni öhdəliklər götürdüyünü görəcəksiniz. Biz bunun üçün ciddi qaydalar qoymuşuq və ABŞ-ın neft və qaz sektorundan emissiyaları, xüsusilə metanı azaltmaq üçün mübarizə aparacaq və bu qaydaların qüvvədə qalmasını təmin edəcəyik. Biz həmçinin metan emissiyalarını azaltmaq üçün ABŞ və digər ölkələrlə işləməyə böyük marağın olduğunu görürük", - deyə o bildirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью