Ölkələr elektron siqaretləri bir bir yasaqlayır, Azərbaycanda isə... | Icma.az
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, bir çox ölkələrdə elektron siqaretin idxalı, istifadəsi parlament qanunu ilə yasaqlanıb.
Axırıncı dəfə Özbəkistan parlamenti belə bir qanun qəbul edib.
Bu, ona görə vacib olub ki, elektron siqaretlərin zərərinin adi tütün məhsulları ilə müqayisədə insan orqanizmi üçün qat-qat ziyanlı olması elmi şəkildə sübut olunub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu cür məhsulların insan sağlamlığına təsiri ilə bağlı narahatlığını ifadə edərək, ölkələri tütünlə mübarizəyə kompleks yanaşmağa və elektron siqaretlərin satışına nəzarəti gücləndirməyə çağırır.
ÜST-ün məlumatına görə, 34 ölkədə elektron siqaretlərin satışı tamamilə qadağan olunub.
Belçika da 2025-ci ilin yanvarından etibarən birdəfəlik elektron siqaretlərin satışını qadağan edəcəyini açıqlamışdı.
Azərbaycanda da bu məsələ vaxtaşırı gündəmə gəlir və elektron siqaretlərin qadağan edilməsi təklif olunur.
Tam oxu
Xəbəri oxu