Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Azərbaycan-Pakistan əlaqələri uğurla inkişaf edir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə səfərdə oldu.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.
İki qardaş ölkə daim əlaqələrin inkişafı istiqamətində atdıqları addımları ilə diqqətdə olur.
Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
İki qardaş ölkə arasında əlaqələrin inkişafını şərtləndirən önəmli amillər sırasında Pakistanın işğal dövründə və 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstəyi xüsusi vurğulanır.
Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda oldu.
İkinci Qarabağ müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları ölkəmizə əlavə güc-qüvvət verdi.