Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) 93-cü və “Hotelstars” İttifaqının (HSU) 12-ci Baş assambleyalarında təmsil olunub.
Ölkəmizi Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova təmsil ediblər. Assosiasiyaların gündəliyində qonaqpərvərlik sektorunun inkişafı, hotel xidmətləri üzrə təsnifat meyarları, tənzimləyici və institusional yeniliklər, rəqəmsallaşma və dayanıqlılıq məsələləri müzakirə olunub. Avropa ölkələrinin hotel assosiasiyalarının nümayəndələri arasında fikir mübadiləsi aparılıb, sahə üzrə qabaqcıl təcrübələr və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
XQ