Ölkəmiz daha bir tranzit marşrutuna yol açacaq

20.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью